Leyla Rəhimova: "Həyat yoldaşım telefonumu izləyirdi"

Hazırda oxunan: Leyla Rəhimova: "Həyat yoldaşım telefonumu izləyirdi"

203974

Müğənni Leyla Rəhimova ayrıldığı həyat yoldaşı Zaur Cəlildən danışıb.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu haqda "Nigar xanım" verilişində danışıb.

Leyla Rəhimova bildirib ki, birlikdə olduqları zaman həyat yoldaşı onun telefonunu izləyib:

"Həyat yoldaşım telefonumu izləyirdi. Anamla mesajlarımızı oxuyurdu. Buna razı deyildim, amma "baxma" deyə bilmirdim. Mən isə onun telefonuna baxa bilməzdim, qoymurdu".

Qeyd edək ki, Leyla Zaur Cəlil adlı şəxslə ailə qurduqdan sonra Amerikaya köçüb. Ötən il o, Bakıya qayıdıb. Zaur "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da “son" deyə, sosial şəbəkədə paylaşım edib. Leyla bundan xəbərsiz olduğunu, ayrıldıqlarını sosial şəbəkədə oxuduğunu deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin