Azərbaycanlı eks-nazir gəzmək adı ilə ABŞ-a köçdü — FOTO

Hazırda oxunan: Azərbaycanlı eks-nazir gəzmək adı ilə ABŞ-a köçdü — FOTO

Azərbaycanlı eks-nazir gəzmək adı ilə ABŞ-a köçdü. Nicat Babayev vəzifəsindən çıxaraq Amerikaya köçüb. Məlumata görə, geri dönməyə niyyətinin olmadığı iddia olunur.
203964

Naxçıvan Muxtar Respublikasının sabiq əmək və əhalinin sosial müdafiəsi naziri (sonradan nazir müavini) Nicat Babayev vəzifəsindən çıxan kimi gəzmək adıyla ailəlikcə Amerikaya Birləşmiş Ştatlarına (ABŞ) köçüb.

Bizim.Media xəbər verir ki, demokrat.az-a istinadən xəbər verir ki, onun daha geri dönmək fikrinin olmadığı deyilir.

Məlumata görə, Nicat Babayev 2024-cü il may ayında ABŞ-a gedib.

Sabiq nazirin qəfil Amerikaya köçməsi müəmmalıdır. Onun həyat yoldaşı Naxçıvan Universitetində müəllim kimi çalışırdı. İddialara görə, Nicat Babayev həyat yoldaşını da işdən çıxararaq özü ilə birlikdə ABŞ-a aparıb.

İddia olunur ki, sabiq nazir müavini ABŞ-a köçməmişdən xeyli vaxt öncə işlərini planlayıb. Amerikadakı yaxın qohumu vasitəsilə orada özünə biznes qurub. Onun Naxçıvan və Bakı şəhərində bir neçə yerdə evi, biznest obyektləri olub.

Qeyd edək ki, Nicat Fəxrəddin oğlu Babayev 2019-cu ilin fevral ayında Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilmişdi.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin