Xızının Altıağac qəsəbəsində 7 yaşlı uşaq başına tökdüyü heyvanlar üçün nəzərdə tutulan kimyəvi dərmandan zəhərlənib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Abşeron rayonunun Müşfiqabad qəsəbəsindəki 306 saylı məktəbin 2 ci sinif şagirdi olan oğlan uşağı uzun saçının valideynləri tərəfindən kəsilməməsi üçün başına “neastol” kimyəvi dərmanını töküb.
Nəticədə zəhərlənən azyaşlı Xızı rayon mərkəzi xəstəxanasına aparılıb. Rayon mərkəzinə çatanadək məktəbli yoĺda keçinib.
TƏBİB-in Xızı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Bektaş Nəbiyev azyaşlının həkimə gətirilənə qədər keçindiyini deyib. Dünyasını dəyişən 7 yaşlı məktəblinin atası Mərdan Eyvazlı oğlunun dərman zəhərlənməsindən öldüyünü təsdiqləyib. Onun sözlərinə görə, oğlu yay tətili olduğundan Xızının Altıağac qəsəbəsində babasıgildə qalırmış.
Faktı Xızı rayon prokurorluğu araşdırır. Uşağın hansı səbəbdən bu yola əl atması və digər nüanslar aparılan araşdırma nəticəsində məlum olacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:26 / 27.07.2024
Xızıda 7 yaşlı uşaq kimyəvi dərmandan zəhərlənərək ölüb
Hazırda oxunan: Xızıda 7 yaşlı uşaq kimyəvi dərmandan zəhərlənərək ölüb
Hazırda oxunan: Xızıda 7 yaşlı uşaq kimyəvi dərmandan zəhərlənərək ölüb
Xızının Altıağac qəsəbəsində 7 yaşlı uşaq kimyəvi dərmandan zəhərlənərək həyatını itirib. O, uzun saçının kəsilməməsi üçün başına tökdüyü kimyəvi dərman nəticəsində zəhərlənib.
203842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.