Xəbər verdiyimiz kimi iyulun 24-də İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a səfəri çərçivəsində Konqresin hər iki palatasında çıxışı zamanı Yaxın Şərqdə NATO-nun analoqunun yaradılmasına çağırış edib:
“İkinci Dünya müharibəsindən sonra ABŞ artan sovet təhlükəsinə qarşı çıxmaq üçün Avropada təhlükəsizlik ittifaqı yaratdı və bu gün Amerika və İsrail artan İran təhlükəsinə qarşı çıxmaq üçün Yaxın Şərqdə təhlükəsizlik ittifaqı yarada bilər. İsraillə sülhə malik olan bütün ölkələri bu ittifaqa dəvət etmək lazımdır”.
İsrail nəyi hədəfləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, İsrailin baş naziri Netanyahunun Yaxın Şərq NATO-su yaratmaq təklifi ilk növbədə İrana qarşı yönəlib. Həmsöhbətimiz deyir ki, İsrail bununla özünü sığortalamaq istəyir:
“Bunu Netanyahu açıq şəkildə də deyir. ABŞ-ın İsraillə müqaviləsi mövcuddur. Ona əsasən İsrail NATO üzvü olmasa da ABŞ-ın mühafizəsi altında olan dövlətdir. Vaşinqton İsrailə hər cür hərbi yardım göstərmək öhdəliyi götürüb. Ancaq son hadisələr, xüsusilə ABŞ-ın Ukraynaya münasibətdə göstərdiyi davranış, onu uzun müddət hərbi yardımdan məhrum etməsi və belədə Kiyevi ağır vəziyyətlə üz-üzə qoyması təbii ki, İsraili də düşünməyə vadar edib. Təl-Əviv gələcəkdə onun da başına belə olayların gələcəyindən narahatdır”.
Ekspertin fikrincə, Netanyahunun təklifi yaxın illərdə baş tutmayacaq.
“Yalnız Tramp yenidən Ağ Evə qayıtsa, Yaxın Şərq NATO-su məsələsi sürətlənə bilər. ABŞ bundan əvvəl Böyük Britaniya və Avstraliya ilə birlikdə blok yaradıb. Onlar digər dövlətləri də həmin bloka qoşmağa cəhd edirlər. Görünür, bu səbəbdən İsrail də Yaxın Şərq NATO-su yaratmaq istəyir. Ancaq bu yaxın illərdə baş tutan ideya deyil. Ərəb ölkələrinin ona münasibəti yaxşı olmayacaq. Ona görə də bu, reallaşması mümkün olmayan təklifdir. ABŞ çətin ki, yaxın zamanlarda bu təklifi qəbul etsin. Yalnız Tramp ABŞ Prezidenti seçilərsə, belə bir blokun yaranma ehtimalı daha genişdir. Bütün hallarda bu kifayət qədər problemli və mürəkkəb məsələdir. Yaxın Şərqdə vəziyyəti bir qədər də gərginləşdirəcək”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Dünya
15:40 / 27.07.2024
“İsrail Ukrayna kimi yarı yolda buraxılmaq istəmir” – “Yaxın Şərq NATO-su” ideyasının PƏRDƏARXASI
Hazırda oxunan: “İsrail Ukrayna kimi yarı yolda buraxılmaq istəmir” – “Yaxın Şərq NATO-su” ideyasının PƏRDƏARXASI
Hazırda oxunan: “İsrail Ukrayna kimi yarı yolda buraxılmaq istəmir” – “Yaxın Şərq NATO-su” ideyasının PƏRDƏARXASI
İsrail Baş naziri Benyamin Netanyahu, Yaxın Şərq NATO-su yaratmaq təklifi ilə dəb yaradı. ABŞ-ın İsraillə müqaviləsi, İranın təhlükəsi və Trampın seçilməsi bu məsələni gündəmə gətirir. Bir politoloqun açıqlamaları oxuyun.
203823
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.