Amerikalı analitik: “Tramp biabırçı şəkildə məğlub olacaq” – ÖZƏL 

Hazırda oxunan: Amerikalı analitik: “Tramp biabırçı şəkildə məğlub olacaq” – ÖZƏL 

Amerikalı politoloq Trampın biabırçı şəkildə məğlub olacağını və Kamala Harrisin seçilmək üçün güclü bir şansı olduğunu söyləyir. Kamala Harrisin qanunvericilik təcrübəsi və geniş bazası olduğunu vurğulayaraq, Harrisin Trampdan fərqli şəkildə mövqe alacağını və Amerika Birleşik Ştatlarının ilk qadın ve ikinci afro-amerikalı prezidenti olabileceyini qeyd edir.

203658

“81 yaşlı Co Baydenin namizədlikdən getməsi ilə onun çox qoca və xəstə olması ilə bağlı mübahisələr də aradan qalxdı. 78 yaşlı Donald Tramp artıq qocadır. 500.000-dən çox insan 2024-cü il kampaniyası dövrünə Kamala Harrisin seçilməsi üçün ilk töhfəsini verdi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında amerikalı politoloq Con Samuel Taymen (John Samuel Tieman) bildirib. ABŞ-da keçiriləcək prezident seçkilərini şərh edən analitik, Kamala Harrisin seçilmək şansının çox olduğunu deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bir medalın iki ÜZÜ – Kimin qələbəsi dünyanı XAOSA SÜRÜKLƏYƏCƏK? 


“Harris qalib gəlsə...”

“Amerikalılar vitse-prezident Kamala Harrisin Demokratların namizədi olacağına demək olar ki, əmindirlər. O, Barak Obamanın bazası ilə Hillari Klintonun bazasını birləşdirəcək. Bu çətin olmayacaq. Çünki o, qalib gəlsə, ABŞ-ın ilk qadın və ikinci afro-amerikalı prezidenti olacaq. 

Digər məqam isə ondan ibarətdir ki, Harris qanunvericilik təcrübəsinə sahibdir. Kamala Harris Kaliforniyanın keçmiş Baş prokuroru olub. Beləliklə, onun qanunu icra edən biri kimi mövqeyi cinayətkar kimi ad qazanmış Trampdan tamamilə fərqli olacaq”. 

“Trampın qələbəsi mümkün deyil”

Analitik bildirir ki, Tramp seçkilərdə biabırçı səs fərqi ilə məğlub olacaq:

“Tramp bazasını genişləndirmək üçün heç nə etməyib. Problem də məhz buradadır. O, Hillari Klintondan 3 milyon, Baydendən isə 7 milyon az səs toplamışdı. Məncə, Trampın qələbəsi mümkün deyil. Harrisin indi kampaniyaya gətirdiyi ən böyük şey ümiddir”, - Con Samuel əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin