Dağıstanda yenidən vəziyyət qeyri-stabildir.
Bizim.Media xəbər verir ki, bir sıra “Telegram” kanalları Kaspiyskdə silahlı şəxslərin hündürmərtəbəli yaşayış binasında barrikada qurduqlarını və onu partlatmaqla hədələdiklərini yazıb.
Hadisə yerinə xeyli sayda təhlükəsizlik qüvvələri və hətta zirehli texnika cəlb edilib. Bina sakinləri təxliyə edilib.
Məlumat rəsmi olaraq hələlik təsdiqlənməyib, dövlət və ya bələdiyyə orqanlarından heç bir məlumat yoxdur.
Bizim.Media