“Gərək yerə yıxardı, qolunu tutardı…” — Manaf Ağayevdən Ağadadaşın döyülməsinə REAKSİYA

Hazırda oxunan: “Gərək yerə yıxardı, qolunu tutardı…” — Manaf Ağayevdən Ağadadaşın döyülməsinə REAKSİYA

Manaf Ağayev, Ağadadaş Ağayevin baltalama hadisəsinə reaksiya verdi. Manaf Ağayev hadisənin təfərrüatlarına dair fikirlərini və müsahibəsində ağır sözlərlə izah edib.
203456

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev Binəqədidə yerləşən özəl tibb müəssisəsinin gözətçisiylə mübahisəsi müzakirələrə səbəb olub. Mübahisə zamanı müğənni əlindəki baltanı mahafizəçiyə atıb və hədəfdən yayınan balta yaxınlıqda olan qadının ayağına xəsarət yetirib.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı demokrat.az-a danışan tanınmış müğənni Manaf Ağayev sənət dostu Ağadadaş Ağayev ilə bağlı məsələyə münasibət bildirib. 

Manaf Ağayev qeyd edib ki, yaşlı adam və tanınmış Xalq artisti olduğu üçün ən azından gərək vurmazdılar: 

“Mən də hamı kimi hadisənin görüntülərini sosial şəbəkədə gördüm. Ağadadaşın özü ilə əlaqə saxlaya bilmirəm. Ağadadaşla danışmamışam deyə, hadisənin təfərrüatı barədə bir söz deyə bilmərəm. Bir onu deyə bilərəm ki, hər kim olur olsun, bu cür dava lazım deyildi. Üstəgəl, onun sənətinə, yaşına görə, belə bir hal yolverilməz idi. Yenə deyirəm, məsələ lap nə cür olur olsun. 
Videoda nə var bilmirəm. Həqiqətənmi orada onları ayıracaq kimsə olmayıb, yaxud da qorxularından yaxınlaşmayıblar, deyə bilmərəm. Amma hər kimdisə, düz etməyib. Mühafizəçi özünü müdafiə etsə də o cür etməzdi. Müdafiə olunmağın da öz təhəri var. Gərək yerə yıxardı, qolunu tutardı. Hər iki tərəfə o cür hadisə yaraşmadı”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin