Türkiyədə son sutka ərzində 304 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə daha 356 nəfər həyatını itirdi
Bildirilib ki, son 24 saatda 22 min 388 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 977 min 982, pandemiya qurbanlarının sayı isə 42 min 187 nəfərə çatıb.
Türkiyədə indiyədək 4 milyon 626 min 799 pasiyent (son sutkada 37 min 298 nəfər) sağalaraq evə buraxılıb.
Bizim.Media