Ermənistanın Gümrü şəhərinin keçmiş meri Vardan Qukasyan qanunsuz əmlak müsadirəsi ilə bağlı istintaqa çağırılıb.
Bizim.Media "Sputnik Armenia" -ya istinadən xəbər verir ki, onunla birlikdə dindirilməyə ailəsinin üç üzvü - Nona Qukasyan, Manya Qukasyan və Spartak Qukasyan da çağırılıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Qukasyan 1999-cu ildən 2012-ci ilə kimi Gümrü şəhərinin meri vəzifəsini yerinə yeritərkən müavini və departament rəhbərlərinin köməyi ilə ümumi dəyəri 35 mln. 690 min dram (təxminən 87 min dollar) əmlakı qanunsuz müsadirə etməkdə ittiham olunur.
Xatırladaq ki, 2023-cü ilin dekabrında keçirilən məhkəmənin qərarı ilə Vardan Qukasyanın 20-dən çox əmlakına həbs qoyulmuşdu.
Bizim.Media
- A-
- A
- A+
Region
15:28 / 24.07.2024
Ermənistanda sabiq mer istintaqa ÇAĞIRILDI
Hazırda oxunan: Ermənistanda sabiq mer istintaqa ÇAĞIRILDI
Hazırda oxunan: Ermənistanda sabiq mer istintaqa ÇAĞIRILDI
Ermənistanın Gümrü şəhərinin keçmiş meri Vardan Qukasyan qanunsuz əmlak müsadirəsi ilə bağlı istintaqa çağırılıb, ailə üzvləri də çağırılıb.
203402
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.