Qərb dünya müharibəsinə HAZIRLAŞIR – “Bəşəriyyəti böyük fəlakət GÖZLƏYİR”

Hazırda oxunan: Qərb dünya müharibəsinə HAZIRLAŞIR – “Bəşəriyyəti böyük fəlakət GÖZLƏYİR”

Son günlər Budapeştlə Kiyev arasında onsuz da hamar olmayan münasibətlər yenidən kəskinləşir. Bir müddət əvvəl Ukrayna öz ərazisindən Rusiya neftinin Macarıstana tədarükünü dayandırdığını elan edib. Buna cavab olaraq Ukraynaya ultimatum göndərib. Qərb dünya müharibəsinə hazırlaşır və politoloqlar böyük fəlakətin gözləndiyi barədə fikirlər bildirirlər.

203376

Son günlər Budapeştlə Kiyev arasında onsuz da hamar olmayan münasibətlər yenidən kəskinləşir. Bir müddət əvvəl Ukrayna öz ərazisindən Rusiya neftinin Macarıstana tədarükünü dayandırdığını elan edib. Buna cavab olaraq Ukraynaya ultimatum göndərib.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. O bildirib ki, Kiyev neft tədarükünü bərpa edənə qədər ölkə Ukraynaya Avropa Sülh Fondu çərçivəsində 6,5 milyard avroluq hərbi yardımın maliyyələşdirilməsi proqramını bloklamaqda davam edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

NATO-nun süngülərində təklif olunan “SÜLH” – ABŞ-ın Cənubi Qafqaz planı ÜZƏ ÇIXDI


Qərb müharibə hazırlığında

Böyük Britaniya isə belə görünür irimiqyaslı müharibəyə hazırlaşır. Britaniya Silahlı Qüvvələrinin baş komandanı, general Roli Uolker deyib ki, beynəlxalq gərginliyin artması fonunda Qərb ölkələri üç il ərzində müharibəyə hazırlaşmalıdır.

Onun sözlərinə görə, Britaniya və onun müttəfiqləri üç il ərzində müharibəni dayandırmağa və ya döyüşməyə hazır olmalıdır.

Uolker Çinin Tayvan üzərində təhlükəsi və İranın nüvə inkişafını müharibəyə səbəb olacaq əsas amil kimi görür. Qərargah rəhbəri Rusiya ilə də münaqişəni istisna etməyib.

Görünən odur ki, dünyada gərginlik hələ də kəskinləşməkdə davam edir. Gərginliyin azaldılması istiqamətində edilən səylər isə bu fonda hələlik hər hansı bir nəticə vermir.

Belə vəziyyətdə, görəsən, dünyanı nə gözləyir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, kollektiv Qərb genişmiqyaslı müharibənin alovlanmasında maraqlıdır və bu əsasda dünyanı böyük fəlakət gözləyir:

“Artıq bəlli olan odur ki, Qərb qütbü, həm ABŞ, həm də Avropa böyük kataklizmlərə hazırlıq işlərini sona çatdırmaq üzrədirlər. Bir çox bölgələrdə, Balkanlarda, Qafqazda, Tayvan ətrafında, Yaxın Şərq və digər tubbilent bölgələrdə Qərbin həm cəsus şəbəkəsi hərəkətə keçib, həm də onların hərbi-siyasi hazırlıqları davam edir. Bu da ondan xəbər verir ki, Qərbə böyük müharibənin olması mütləq şəkildə lazımdır.

Qərbin Qafqazda Ermənistanı silahlandırması da təsadüfi deyil. Onlara ağır raket komplekslərini, artileriya qurğularını verir. Bu fonda Macarıstan rəhbərliyi Ukraynaya silah verilməsinə veto qoyacaqlarını bəyan edir. Bu da ondan xəbər verir ki, Avropa ölkələrinin əksəriyyəti indi səslərini güclə çıxarır.

Həm Ukrayna, həm də Rusiya yorulub. Amma Qərbə lazımdır ki, Rusiya maksimal dərəcədə gücdən düşsün. Düşünürəm ki, bu çox təhlükəli plandır. Onun sonunda nüvə silahından istifadə etməklə lokal qarşıdurma baş verə bilər”.

“Qərb Ukraynada da bərpa adı altında öz xeyrinə qazanc götürməyi düşünür”.

Ekspert düşünür ki, sülhə səs verən qüvvələr səfərbər olmasalar, onların səyləri də nəticə verməyəcək:

“İndilikdə Qərbin səsi daha güclüdür. Onlar demokratiyanın qorunması adı ilə öz məkirli planlarını həyata keçirməyə çalışırlar. Bu qüvvələr böyük bir fəlakətin yaradılmasında maraqlıdır. Aydındır ki, bu baş verəcəyi təqdirdə, bir çox ölkələr çökəcək, suverenliyini itirəcəklər. Amma Qərb ayaq üstə dayanacağına əmindir. Rusiya da boş oturmayacaq. Onun da cavab verməyə gücü, silah-sursatı var. Odur ki, mövcud vəziyyət yaxşı heç nə vəd etmir. Dünyanı böyük fəlakət gözləyir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin