Bu il hansı dərmanlar apteklərdən yığışdırılıb? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Bu il hansı dərmanlar apteklərdən yığışdırılıb? – RƏSMİ AÇIQLAMA 

Bu il hansı dərmanlar apteklərdən yığışdırılıb? Səhiyyə Nazirliyinin məlumatına görə, "Aminoselekt" adlı dərman vasitəsinin bütün seriyaları geri çağırılmışdır.
203358

Azərbaycanda tez-tez apteklərdə yoxlamalar aparılır, həmçinin, laboratoriyalarda tibb və əczaçılıq vasitələrinin keyfiyyəti yoxlanılır.

Ötən illərdə laborator yoxlamalar zamanı bir neçə dərman vasitəsi istehsalçı tərəfindən təqdim edilmiş keyfiyyət parametrlərinə uyğunsuzluq aşkar edildiyi üçün geri çağırılıb.

Bəs bu il belə hallar olubmu və hansı dərmanlar geri çağırılıb?

Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi”ndən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bir adda dərman əczaxanalardan yığışdırılıb:

“Bu ilin ilk altı ayı ərzində, istehsalçı tərəfindən təqdim edilən keyfiyyət parametrlərinə uyğunsuzluqlar aşkar edildiyinə görə, "Aminoselekt" dərman vasitəsinin bütün seriyaları geri çağrılıb”.
Qeyd edək ki, geri çağırılan dərman vasitəsi İtaliyanın “İndustriya Farmasyutika Qalenika Senese SR” istehsalçısına məxsusdur.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin