Çində güclü daşqınlar nəticəsində 14 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə “China Daily” məlumat yayıb.
Səlahiyyətlilərə görə, 1500-dən çox insan yaralanıb, təxminən 28 nəfər itkin düşüb.
Qeyd edək ki, Çini cənginə alan “Prapirun” qasırğası bazar ertəsi gecə Haynan əyalətini vurub. Ümumilikdə bölgəyə 100 mm-dən çox yağıntı düşüb, qasırğanın mərkəzində küləyin sürəti 180 km/saata çatıb.
Bizim.Media