Rusiya 15 Britaniya vətəndaşına sanksiya tətbiq etdi

Hazırda oxunan: Rusiya 15 Britaniya vətəndaşına sanksiya tətbiq etdi

203294

Rusiya 15 Britaniya vətəndaşına sanksiya tətbiq edib, siyahıya Kiyevə silah tədarükü ilə məşğul olan hərbi-sənaye kompleksinin rəhbərlərinin adları daxil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

“Londonun aqressiv hərəkətlərinə cavab tədbirləri çərçivəsində Ukrayna hərbçilərinin təlimində iştirak edən Britaniyanın özəl mühafizə şirkətlərinin nümayəndələri, məhsul tədarük edən və ya hərbi sənaye kompleksi müəssisələrinin rəhbərləri daxil olmaqla Rusiyanın stop-listinin daha da genişləndirilməsi barədə qərar qəbul edilib.

Buraya Kiyev rejiminə xidmətlər, müdafiə məsələləri və mediada hərbi müdafiə mövzusunda anti-Rusiya mövqelərindən çıxış edən ekspertlər və publisistlər daxil edilib”, - bəyanatda deyilir.

“Bir daha vurğulamaq istərdik ki, britaniyalı rusofobların “strateji məğlubiyyət” və Rusiyanın beynəlxalq təcridinə şərait yaratmaq cəhdləri uğursuzluğa məhkum”, - nazirlikdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin