Ermənistan Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaları yerinə yetirmək üçün hər cür səy göstərməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bunu cümə axşamı Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.
O, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif etdiyi prinsiplər əsasında qəti tənzimləməyə nail olmaq üçün Ermənistanın sülh prosesinin bərpasına dair mövqeyini təsdiqləyib.
Baş nazir dəfələrlə sınaqdan keçmiş Ermənistan-Rusiya münasibətlərinin möhkəmlənməsi faktını da xüsusi vurğulayıb.
"Rusiyanın səyləri sayəsində hərbi əməliyyatları dayandırmağa nail olduq. Bu gün sülhməramlıların Qarabağda olması o bölgənin təhlükəsizliyinin möhkəm zəmanətidir. Prezident Putinin sülhün əldə olunmasında rolunu və Qarabağın normal həyatı üçün şərait yaratmaq səylərini xüsusilə qeyd etmək istərdim”, deyə Paşinyan qeyd edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov 5 may axşamı Ermənistana işgüzar səfərə gəlib. O, bu gün erməni həmkarı Ara Ayvazyan ilə danışıqlar aparıb.
Bizim.Media
- A-
- A
- A+
Region
17:47 / 06.05.2021
“Ermənistan Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırdır” - Paşinyan
Hazırda oxunan: “Ermənistan Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırdır” - Paşinyan
Hazırda oxunan: “Ermənistan Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırdır” - Paşinyan
20327
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.