Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnəcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Belə ki, Məcəlləyə yeni 189-3-cü maddə (Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə) əlavə edilib.
Yeni maddəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər 1 000 manat məbləğində cərimə ediləcək.
Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2 000 manat məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:59 / 23.07.2024
Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər HƏBS OLUNACAQLAR
Hazırda oxunan: Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər HƏBS OLUNACAQLAR
Hazırda oxunan: Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər HƏBS OLUNACAQLAR
Yetkinlik yaşına çatmayanların kəbinin kəsənlər CƏZALANDIRILACAQ. Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklər təsdiqləyib, yetkinlik yaşına çatmayanlarla bağlı cərimələr artırılıb.
203260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.