Bu şəxslər 13 min manatadək CƏRİMƏLƏNƏCƏK 

Hazırda oxunan: Bu şəxslər 13 min manatadək CƏRİMƏLƏNƏCƏK 

203258

Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnəcək. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. 

Belə ki, Məcəlləyə yeni 189-2-ci maddə (Yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi) əlavə edilib. 

Yeni maddəyə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, vəzifəli şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 9 000 manatadək məbləğdə cərimə ediləcək. 

Məcəllənin 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2 000 manatdan 2 500 manatadək məbləğdə, vəzifəli şəxslər 5 000 manatdan 6 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 13 000 manatadək məbləğdə cərimə olunacaq. 

Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin