Abşeron rayonu Xırdalan şəhəri ərazisində iyulun 23-ü saat 07 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın çoxmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Bizim.Media-ya Abşeron Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı 2002-ci il təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.
Ayşən Kazımova xəstəxanaya yerləşdirilib, vəziyyəti hazırda ağır qiymətləndirilir.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.
Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:37 / 23.07.2024
Xırdalanda DƏHŞƏT: Ər arvadını pəncərədən atdı
Hazırda oxunan: Xırdalanda DƏHŞƏT: Ər arvadını pəncərədən atdı
Hazırda oxunan: Xırdalanda DƏHŞƏT: Ər arvadını pəncərədən atdı
Xırdalan şəhərində yaşayan bir arvadın pəncərədən atılması hadisəsi. Arvadın çoxsaylı bədən xəsarətləri almasıyla bağlı cinayət işi başlanıb. Hüseyn Kazımov şübhəli kimi tutulub. İbti dai istintaq davam etdirilir.
203223
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.