Atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti AÇIQLANDI 

Hazırda oxunan: Atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti AÇIQLANDI 

203212

Dünən atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti ağır stabil qiymətləndirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 23.07.2024-cü il tarixində saat 01:15 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən bıçaqlanma səbəbilə çağırış daxil olub. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Nəticədə 3 nəfər xəsarət alıb.
2020-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) saat 01:50 radələrində bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Azyaşlıya zəruri tibbi xidmət göstərildikdən sonra cərrahi profilli Reanimasiya şöbəsinə hospitalizasiya edilib. Vəziyyəti ağır stabil qiymətləndirilir. 

Xəsarət alan 10 yaşlı uşaq (kişi cinsli) bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. 

Xəsarət alan 50 yaşlı şəxs (kişi cinsli) qarının ön divarının və sol topuğun kəsilmiş yaraları diaqnozu ilə polis müşayiəti altında Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Aparılan zəruri tibbi xidmətlərə baxmayaraq, saat 03:35 radələrində ölüm faktı qeydə alınıb. 

Xatırladaq ki, iyulun 23-də saat 01 radələrində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla rayonun Binə qəsəbəsi ərazisində yaşayan 1974-cü il təvəllüdlü Rza Eyyubovun kəsici-deşici alətlə əvvəlcə 2 azyaşlı oğluna, daha sonra isə özünə xəsarətlər yetirməsi nəticəsində sonuncu və azyaşlılardan birinin ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin