Türkiyə XİN-dən Ərdoğanla Əsəd arasında görüş iddialarına CAVAB

Hazırda oxunan: Türkiyə XİN-dən Ərdoğanla Əsəd arasında görüş iddialarına CAVAB

203180

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd arasında avqust ayında Moskvada planlaşdırıldığı iddia edilən görüşlə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

Bizim.Media xəbər verir ki, bu barədə “ANKA”ya Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi məlumat verib.

“Prezidentimizin Moskvada Suriya prezidenti Əsədlə görüş keçirəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir” ,- deyə XİN-dən bildirilib.
Qeyd edək ki, ötən gün “Daily Sabah” qəzeti Ərdoğanla Əsəd arasında 2011-ci ildən bəri ilk görüşün avqust ayında Moskvada baş tutacağını iddia edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin