Joao Feliks yenidən İngiltərədə oynaya bilər.
Bizim.Media xəbər verir ki, 2023-cü iln ilk 6 ayında “Çelsi”də icarədə olan portuqaliyalı bu dəfə başqa bir London klubundan təklif alıb.
2019-cu ildə 127 milyon avroya “Benfika”dan transfer olunan hücumçu “Atletiko”da möhkəmlənə bilmədi. Baş məşqçi Dieqo Simeone ilə yola getməyən oyunçu ötən mövsümü də icarə qaydasında “Barselona”da keçirdi. Madridlilərlə 5 illik müqaviləsi qalan 24 yaşlı Feliksi heç kim transfer etmir, klubunun yüksək tələbi üzündən yalnız icarəylə kifayətlənirlər.
Qiyməti 30 milyon avroya düşən Joaonu indi də “Aston Villa” istəyir. Amma “Atletiko” növbəti dəfə icarəyə razı deyil, satış haqda düşünür. İngilislər tezliklə rəsmi təklif göndərmək niyyətindədir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:13 / 23.07.2024
“Barselona”nın futbolçusu İngiltərəyə QAYIDIR
Hazırda oxunan: “Barselona”nın futbolçusu İngiltərəyə QAYIDIR
Hazırda oxunan: “Barselona”nın futbolçusu İngiltərəyə QAYIDIR
203170
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.