Baş nazir iclas KEÇİRDİ: İstilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq müzakirə olundu - FOTO

Hazırda oxunan: Baş nazir iclas KEÇİRDİ: İstilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq müzakirə olundu - FOTO

203152

2024-2025-ci il istilik enerjisi təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, iclasda istilik enerjisi təchizatı sahəsində 2024-2025-ci il payız-qış mövsümünə hazırlıq məsələləri, istilik təchizatını təmin edən qazanxana və istilik məntəqələrinin istismara hazırlıq vəziyyəti, habelə istilik xidmətlərinin göstərilməsində “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi, qarşısında duran vəzifələr və digər məsələlər ətraflı müzakirə olunub.

Energetika, İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətli nümayəndələrinin iştirak etdikləri iclasda məruzələr dinlənilib.
İclasın yekununda müzakirə olunan məsələlər barədə qərarlar qəbul edilib, aidiyyəti qurumlara istilik xidmətlərinin keyfiyyətinin artırılması, istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi, istilik təchizatında fasilələrin yaranmaması, həmçinin digər təcili və təxirəsalınmaz addımlarla bağlı müvafiq tapşırıqlar verilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin