22 iyul tarixində saat 19:50 radələrində ADY-na məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb.
Bu barədə Bizim.Media-ya "Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da məsafə az olduğundan hadisə qaçılmaz olub: “Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası çağırılsa da, azyaşlı aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
Azyaşlının ailəsinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçirdlərindən istifadə etməklə keçməyə çağırır.
Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur, xüsusi ilə valideynlər yol hərəkəti qaydalarına əməl etməklə övladlarına nümunə olmalı, övladlarını nəzarətsiz buraxmamalı və onların həyatını təhlükəyə atmamalıdırlar”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:51 / 22.07.2024
Sürət qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən azyaşlını vurub
Hazırda oxunan: Sürət qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən azyaşlını vurub
Hazırda oxunan: Sürət qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən azyaşlını vurub
Xırdalandakı sürət qatarının yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşağı vurması hadisəsi ilə əlaqədar Azərbaycan Dəmir Yolları tərəfindən verilən məlumat.
203149
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.