Salyanlı alim: “Fəzail Ağamalının qızını tanımıram”

Hazırda oxunan: Salyanlı alim: “Fəzail Ağamalının qızını tanımıram”

203123

Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının qızı Günay Ağamalının seçkilərdən öncə səsləndirdiyi fikirlər rayon ziyalılarının narazılığına səbəb olub. Belə ki, Günay Ağamalı Salyan camaatının ona olan etimadını yüksək qiymətləndirdiyini vurğulamışdı.  

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı demokrat.az-a açıqlamasında “Ədəbiyyat” qəzetinin baş redaktoru, Salyandan olan ədəbiyyatşünas alim Azər Turan bildirib ki, Azərbaycanda demokratik seçki olacaq: 

“Hazırda seçki prosesi siyasi gündəmdir. Siyasi məsələlərə o qədər də dərindən fikir bildirmək istəmirəm. Lakin inanıram ki, Azərbaycanda demokratik seçki olacaq və salyanlılar öz seçimini edəcək. Mənim Fəzail Ağamalının qızının fəaliyyətindən xəbərim yoxdur, heç onu tanımıram. Ola bilər ki, Fəzail Ağamalının oğlu və ya qızı atasından daha layiqli namizəd olsun. Bu seçicilərin rəyindən asılıdır.  
Bəlkə də Salyan camaatı Günay Ağamalını deyil, daha layiqli namizədini seçəcək. Kim seçiləcəksə, bu, xalqın seçimi olacaq.  

Mən daha çox xalqın verəcəyi səsə inanıram. Son nəticəni gözləyək. Xalq namizədini özü seçəcək. Salyandan həmişə görkəmli şəxslər çıxıb. Qeyd edim ki, parlament tariximizdə Azərbaycandan Rusiya imperiyasının I Dövlət Dumasına seçilmiş 5 deputatdan biri də məhz salyanlı Əsədulla bəy Muradxanov olub”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin