Səlibçilərin Qafqaz YÜRÜŞÜ – Qərb Ermənistanı qurban verməyə hazırlaşır – ŞƏRH 

Hazırda oxunan: Səlibçilərin Qafqaz YÜRÜŞÜ – Qərb Ermənistanı qurban verməyə hazırlaşır – ŞƏRH 

Səlibçilərin Qafqaz YÜRÜŞÜ – Qərb Ermənistanı qurban verməyə hazırlaşır – ŞƏRH Qərb Ermənistanla bağlı çirkin planlarını reallaşdırmaq üçün planlarını davam etdirir.

203112

Qərb Ermənistanla bağlı çirkin planlarını reallaşdırmaq üçün planlarını davam etdirir. Artıq bu planın kontrları da açıq şəkildə görünür. 

Məsələn, Avropa İttifaqının artıq bir neçə ildir, Ermənistanda fəaliyyət göstərən mülki missiyası əslində Qərbin regionda möhkəmlənməsi, söz sahibi olmasına çalışır.

Onlar hər addımlarında, verdikləri hər açıqlamada bunu bir daha sübuta yetirirlər.  
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda “yorulmuş atları” daha güllələmirlər - Bu kimin işinə yarayır?


Aydın şəkildə görünür ki, Aİ-nın Ermənistandakı missiyası səlibçi təfəkkürünə əsaslanır. Onlar faktiki olaraq peşəkar hərbçilərdən ibarətdirlər. Hər nə qədər pərdələməyə çalışsalar da, bu missiyanın fəaliyyəti Fransanın regionda hərbi bazasının mövcudluğuna işarə edir.  

Digər tərəfdən, Avropa Sülh Fondu adlanan, amma mahiyyəti hərbi xarakter daşıyan proqram bu gün Ermənistanda açılır. Aİ rəsmisi Cozef Borrelin sözlərinə görə, Fondan Ermənistana 10 milyon avroluq vəsait ayrılacaq. 

Görünən qədərilə, indi Ukrayna xalqını və 2008-ci ildə isə Gürcüstanı qurban verən Qərb hazırda Ermənistan üzərindən oyununu qurur. 

Bu kimi hərbiləşmiş proqramdan sonra Azərbaycan Aİ-na necə inana bilər?      

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Avropa İttifaqının Ermənistandakı missiyasının tərkibinin hər gün daha da artması, bura başqa ölkələrin də cəlbi Cənubi Qafqazda yeni siyasi-hərbi təşkilatlanma deməkdir:

“Bu son 200 ildə formlaşmış və Birinci dünya müharibəsindən sonra oturuşmuş qüvvələr balansının yenilənməsinə doğru atılan cəhddir. Amma Cənubi Qafqaz o qədər sadə region deyil ki, Ermənistan və burada yerləşdirilən hansısa missiya regionda güc balansını dəyişə bilsin. Belə cəhdlər uğurlu ola bilməz. Bu əslində Fransa başda olmaqla Aİ-nin dünyaya aqressiv mövqeyini nümayiş etdirir. 

Azərbaycan artıq Cənubi Qafqazda yeni reallıq yaradıb. Müttəfiqlərimiz də bu reallığı qəbul ediblər. Artıq regionda güc balansının kimin lehinə olduğu məsələsi həll edilib. Ermənistan üzərindən yaranan yeni təşkilatlanma da həmin yeni reallığa qarşıdır”. 

İmperialist dairələrin revanş planı 

Deputatın fikrincə, əslində Ermənistanda cərəyan edən bu prosesi Fransa başda olmaqla bəzi imperalist dairələrin revanşı kimi qəbul etmək olar: 

“Amma onun uğursuz olacağını da bəri başdan söyləmək mümkündür. Qərb imperalizminin postsovet məkanında vəd verdiyi ölkələrin lehinə geostrateji balans təbliğ edilməyib. Gürcüstanda bunu etməyə cəhd etdi, nəticədə qonşu ölkə ərazisinin 20 faizini itirdi. İndi isə Tiflis geriyə dönüş edir. Qərbin Ukrayna avantürası da bu ölkə xalqı üçün ağır nəticələr doğurdu. Ona görə bəri başdan deyə bilərik ki, Ermənistan Qərbin avantürasına gedəcəksə, o da bənzər aqibətlə üzləşəcək”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin