Vətəndaşlara XƏBƏRDARLIQ – “Kiberdələduzlardan qorunmaq üçün bu məqamlara DİQQƏT EDİN”

Hazırda oxunan: Vətəndaşlara XƏBƏRDARLIQ – “Kiberdələduzlardan qorunmaq üçün bu məqamlara DİQQƏT EDİN”

Vətəndaşlara XƏBƏRDARLIQ – “Kiberdələduzlardan qorunmaq üçün bu məqamlara DİQQƏT EDİN” mövzusunda IT mütəxəssisinin və aidiyyatı qurumların verdiyi məlumatlar.

203107

İnternet inkişaf etdikcə,dünya inkişaf etdikcə kiber cinayətkarlar da inkişaf edir. Son günlər Azərbaycanda kiberdələduzluq və bank kartlarından oğurluq hallarında artım hiss olunur. Belə ki, vətəndaşlar müxtəlif bilinməyən nömrə və ya səhifələrdən göndərilən linklərə daxil olduqda bank kartlarından pul çıxılması barədə şikayət edirlər.  

Kiberdələduzların qurbanı olmamaq üçün hansı məqamlara diqqət yetirməliyik?
 

MÖVZU İLƏ BAĞLI:

Kiberdələduzluqla bağlı növbəti XƏBƏRDARLIQ 


Mövzu ilə bağlı İT mütəxəssisi Elvin Abbasov Bizim.Media-ya açıqlamasında bildirib ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdır.

“Son vaxtlar Azərbaycanda kiberdələduzluq halları çoxalıb. Bu tip dələduzluqla məşğul olanlar daha çox dövlət qurumları adından oxşar və ya eyniləşdirilmiş səhifələr yaradaraq insanları aldatmağa çalışır. Vətəndaşlar öz hesablarını qorumaq üçün onlara göndərilən linklərdəki xanaları doldurmamalıdırlar.
Bu kimi hallarla üzləşən vətəndaşlar isə aidiyyatı qurumlara müraciət etməlidirlər. Dəymiş ziyanla bağlı cinayət işinin tərkibində həmin dəymiş ziyanın tələb edilməsi qaydasında, yəni mülki iddiaçı qismində tanınaraq həmin məbləğ tələb edilə bilər. Həmçinin cinayət işi yekunlaşandan sonra hökm əsasında da mülki iddia qaldırıla bilər"

Çiçək Sadatova, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin