İranda yayılan qorxunc xəstəlik Azərbaycana da gələ bilərmi? – Mütəxəssisdən XƏBƏRDARLIQ

Hazırda oxunan: İranda yayılan qorxunc xəstəlik Azərbaycana da gələ bilərmi? – Mütəxəssisdən XƏBƏRDARLIQ

İranın Son çıxan xəstəliyi Azərbaycana da yayıla bilərmi? Mərdan Əliyev mütəxəssisi cavablandırır.
203058

Xəbər verdiyimiz kimi İranda son aylarda “Denge” qızdırmasının yayılması halları artıb və hazırda ölkənin 40 şəhəri “Aedes” ağcaqanadının fəsadlarından əziyyət çəkir.
İranın Səhiyyə Nazirliyi yanında “Aedes” tərəfindən ötürülən xəstəliklərin idarə olunması proqramının rəhbəri Əbdürrza Mirövliyayi deyib ki, hazırda “Denge” qızdırmasına yoluxanların sayı 150 nəfərə çatıb:

“Bu xəstəliyin yaranmasına səbəb olan ağcaqanadların meydana gəlməsi üçün lazım olan şərait ölkəmizdə də var, ancaq biz bunun qarşısını maksimum dərəcə almağa çalışırıq”.
 

MÖVZU İLƏ BAĞLI:

Daha bir dəhşətli VİRUS YAYILIR – Bu şəxslər yüksək risk qrupuna DAXİLDİR


Bəs, bu xəstəliyin ölkəmizə keçmə ehtimalı varmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan infeksionist Mərdan Əliyev bildirib ki, “Denge” qızdırması hemorragik xəstəliklər qrupuna aiddir: 

“Yəni, bu qansızmaları və qanaxmaları ilə müşahidə olunan xəstəlikdir. Laxtalanma faktorunun pozulmasına görə bu xəstəlik ölümlə müşahidə olunur. Bu endemik xəstəlikdir. Tropik və subtropik ölkələrdə bu xəstəliyə daha çox rast gəlinir. Endemik o deməkdir ki, bu xəstəlik hər yerdə müşahidə olunmur. Yəni müəyyən endemik zonalar var və o zonalara uyğun da xəstəliklər mövcuddur. 

İranda da bu xəstəlik zaman-zaman müşahidə olunub. Nəzərə alaq ki, İranın iqlimi bu xəstəliyin inkişafı üçün uyğundur. Amma bu dəfə sözügedən xəstəlik İranda daha geniş coğrafiyada yayılıb. Bununda səbəbi çox ehtimal ki, iqlim dəyişikliyi, anomal istilərdir”.

İnfeksionist bu xəstəliyin ölkəmizə keçmək ehtimalından da danışıb:

“Bu endemik xəstəlikdir. Onun inkişafı üçün Azərbaycanda şəraitin olmadığına görə xəstəliyin ölkəmizdə yayılma imkanları çox azdır. Təsadüfi deyil ki, bu xəstəlik Azərbaycanda müşahidə olunmayıb. Yəqin ki, gələcəkdə də bu belə olaraq qalacaq. 

Bununla belə biz qabaqlayıcı, profilaktik tədbirlər görməliyik. 

İranla həmsərhəd olan rayonlarda nəzarət güclənməlidir. Bu xəstəliyin qarşısını almağın ən optimal variantı ağcaqanadlarla mübarizədir. Yəni ki, ağcaqanadların məhv edilməsi üçün dezinfeksiya işlərinin miqyası bu günlərdə xüsusilə genişləndirilməlidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin