Daha bir dəhşətli VİRUS YAYILIR – Bu şəxslər yüksək risk qrupuna DAXİLDİR

Hazırda oxunan: Daha bir dəhşətli VİRUS YAYILIR – Bu şəxslər yüksək risk qrupuna DAXİLDİR

203045

Hindistanda sürətlə yayılan Nipah virusundan ölüm halı qeydə alınıb. Rəsmi qurumlar artıq qapanmalarla bağlı xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə CNN-in araşdırmasında qeyd olunub.

Əyalətin səhiyyə naziri Vina Corc bildirib ki, virusa görə 14 yaşlı oğlan həyatını itirib. Onunla təmasda olan 214 nəfərdən 60-ı isə yüksək risk qrupundadır.

Daha əvvəl, nazir verdiyi açıqlamada Nipah virusu ilə əlaqədar hökumətin yoluxmuş insanları müəyyən etmək və təcrid etmək üçün 25 komitə yaratmaq əmrini verdiyini qeyd etmişdi.
Qeyd edək ki, Nipah virus ilk dəfə 25 il əvvəl Malayziyada aşkarlanıb və Banqladeş, Hindistan və Sinqapurda epidemiyalara səbəb olub. Virusun hələki müalicəsi və vaksini mövcud deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin