“Qarabağ” səfərə itkilərlə yollanır 

Hazırda oxunan: “Qarabağ” səfərə itkilərlə yollanır 

Qarabağ UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Linkolnla oyuna 3 itki ilə çıxacaq. Amin Ramazanov və Musa Qurbanlı zədəli, Elvin Cəfərquliyev cəzalı durumdadır. Musa Bakıda müayinə olundu və 4-6 həftə yaşıl sahalardan kənarda qalacaq. İlk oyun Cəbəllütariqdə, cavab matçı isə Bakıda olacaq.
203044

“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Linkoln”la oyuna 3 itki ilə çıxacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib. 

Amin Ramazanov və Musa Qurbanlı zədəli, Elvin Cəfərquliyev isə cəzalı durumda olduğundan görüşü buraxacaq.

Avstriya toplanışı zamanı “Slaven”ə qarşı yoxlama oyunundan sonra meniskində ağrılar hiss edən Musa Bakıda müayinə olunub. Əməliyyat zərurəti yaranan hücumçu 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq. 
“Linkoln”la “Qarabağ” arasında ilk oyun iyulun 23-də Cəbəllütariqdə, cavab matçı isə 1 həftə sonra Bakıda olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin