“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik təklif edilir.
Bizim.Media xəbər verir ki, dəyişikliyə görə, Azərbaycanın Milli Qəhrəmanları, Sovet İttifaqı Qəhrəmanlarıyla yanaşı, Vətən Müharibəsi qəhrəmanlarının həyatı ilə bağlı mənzillər, xatirə yerləri, sənədlər və əşyalar da tarixi abidə hesab olunacaq.
Qanuna təklif edilən dəyişikliklər Milli Məclisdə müzakirə ediləcək.
Bizim.Media