Bayden prezidentlik postunu vaxtından əvvəl TƏRK EDƏ BİLƏR

Hazırda oxunan: Bayden prezidentlik postunu vaxtından əvvəl TƏRK EDƏ BİLƏR

203024

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Nensi Meys prezident səlahiyyətlərinin vitse-prezident Kamala Harrisə verilməsini tələb edən qətnaməni həmkarlarına təqdim etmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, o, bununla bağlı məlumatı “X” sosial şəbəkəsindəki şəxsi hesabında paylaşıb.

Meysin sözlərinə görə, əgər yenidən seçilmək planlarından imtina edən ABŞ prezidenti Co Baydenin zehni qabiliyyəti onun seçkilərdə iştirakına imkan vermirsə, o zaman o, bu postda qala bilməz:

"Sabah mən Kamala Harrisin ABŞ Konstitusiyasına 25-ci düzəlişdən istifadə etməsini və hazırkı prezidentin səlahiyyətlərini öz üzərinə götürməsini tələb edən bir qətnamə təqdim edəcəyəm”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin