İsmayıllıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
Bizim.Media xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı "Tofaş" markalı avtomobilin sürücüsü İ.Ömərli qaydaları pozduğu üçün ona "saxla" işarəsi verilib.
Yoxlama zamanı İ.Ömərlinin sürücülük hüququnun olmadığı məlum olub və narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana istifadə etdiyi müəyyən edilib.
Həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:06 / 21.07.2024
Narkotik çəkib maşın sürdü, saxlanıldı
Hazırda oxunan: Narkotik çəkib maşın sürdü, saxlanıldı
Hazırda oxunan: Narkotik çəkib maşın sürdü, saxlanıldı
202953
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.