Fəzail Ağamalının yerinə namizəd olan qızının açıqlaması Salyanda narazılıq yaratdı — ETİRAZ

Hazırda oxunan: Fəzail Ağamalının yerinə namizəd olan qızının açıqlaması Salyanda narazılıq yaratdı — ETİRAZ

Fəzail Ağamalının yerinə namizəd olan qızının açıqlaması Salyanda narazılıq yaratdı — ETİRAZ Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının qızı Günay Ağamalının fikirləri rayon ziyalılarının ciddi narazılığına səbəb olub. Salyandan olan tanınmış yazıçı-filoloq Günay Ağamalının seçkilərdən öncə səsləndirdiyi fikirlərinə Salyan camaatından etirazlar var. Fəzail Ağamalının qızı seçkilərdə namizədliyini irəli sürüb və camaatın etimadını yüksək qiymətləndirdiyini vurğulayıb.
202947

Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının qızı Günay Ağamalının fikirləri rayon ziyalılarının ciddi narazılığına səbəb olub. 

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, Salyandan olan tanınmış yazıçı-filoloq hacı Cəfər Cəfərli Günay Ağamalının seçkilərdən öncə səsləndirdiyi “Salyan camaatının mənə olan etimadını yüksək qiymətləndirirəm. Bu etimada layiq olmağa çalışacam” fikirlərinə etiraz edib. 

Cəfər Cəfərli Günay Ağamalının fikirlərinə cavab olaraq qeyd edib ki, hələ heç imza toplamağa başlamayıb, deyir bütün seçicilərin etimadını yüzə-yüz doğruldacam:


“Əziz dostlar, layiq olmadığı yerdə oturan adam həmişə narahat olar. Hər an yerini itirəcəyini zənn edərək təlaş keçirəcək. Buna həm də yüz dəfə ölüb, bir dəfə dirilmək də deyirlər. 

Atalarımız daha sərrast deyib: ağlaşmasını bilməyən ölüsünü murdar edər. Hələ heç imza toplamağa başlamayıb, deyir bütün seçicilərin etimadını yüzə-yüz doğruldacam”.


Xatırladaq ki, AVP-nın sədri Fəzail Ağamalının qızı Günay Ağamalı bu il sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb.

Günay Ağamalı atasının yerinə 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizədliyini irəli sürüb.

Bununla bağlı Günay Ağamalı Demokrat.az-a açıqlamasında Salyan camaatının ona olan etimadından danışıb: 

“Salyan camaatının mənə olan etimadını yüksək qiymətləndirirəm. Bu etimada layiq olmağa çalışacam”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin