İyulun 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub.
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Naxçıvanda 12 mm, Şərurda 10 mm, Göygöldə 9 mm, Gədəbəydə 8 mm, Qrız, Şahdağ, Culfada 7 mm, Daşkəsəndə 6 mm, Ordubadda 5 mm, Xaltan, İsmayıllı, Şahbuzda 4 mm, Qax (Sarıbaş), Xınalıq, Altıağac, Sədərək, Yardımlı, Lənkəran, Şamaxı, Quba, Qusar, Bərdə, Tərtər, Yevlax, Göyçay, Astara, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Xaçmaz, Şabran, Tovuz, Ağdam, Balakən, Zaqatala, Şəki, Qobustan, Gəncə, Naftalanda 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Lerik, Daşkəsən, Şahdağ, Qrız, Balakəndə duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 35, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:38 / 21.07.2024
Rayonlara leysan yağıb - FAKTİKİ HAVA
Hazırda oxunan: Rayonlara leysan yağıb - FAKTİKİ HAVA
Hazırda oxunan: Rayonlara leysan yağıb - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidməti tərəfindən yayımlanan hava haqqında son məlumatlar
202942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.