Ötən günlərlə müqayisədə şimal bölgəsində havanın temperaturu 5-10 dərəcə enib. Quba-Qusar rayonlarında mənbəyini dağlardan alan çaylarda sululuq artıb və sel keçib.
Bizim.Media xəbər verir ki, Qudayalçay, Vəlvələçay, Qusarçay, Cağacuqçayda suyun səviyyəsi qalxıb.
Səhər saatlarında Quba, Xaçmaz, Qusar rayonlarında yağışlı hava müşahidə olunub.
Quba Rayon İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, yağışdan sonra fəsadlar barədə quruma hər hansı bir məlumat daxil olmayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu