Həftə ərzində şimal-qərb bölgəsinə daxil olan rayonlarda hava isti yay temperaturundan bir qədər fərqlənib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, artıq ikinci gündür ki, şimal-qərb rayonlarında havanın temperaturu 20-25 dərəcə arasında dəyişir.
Bu isə gözlənilən isti yayın ötən həftə ərzində bu bölgədə sərin keçməsindən xəbər verir.
Ötən axşamdan başlayaraq bölgə rayonlarında havanın temperaturu bir qədər də enib. Belə ki, dağlıq və dağətəyi yaşayış məntəqələrində temperatur 17-19, aran ərazilərdə isə 20 dərəcə təşkil edir.
Səhər saatlarından başlayaraq Şəki və qonşu rayonlarda isə fasilələrlə yağış yağır. Qeyri-sabit hava şəraiti gün ərzində davam edəcək.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu