"Bu gün Latviya parlamenti tərəfindən qəbul edilən və 1915-ci il hadisələrini "soyqırımı" kimi tanıyan qərar tarixin siyasi motivlərlə yenidən yazılması üçün göstərilən boş bir cəhddir. Bu uğursuz və qanunsuz qərarı rədd edirik və şiddətlə qınayırıq".
Bizim.Media-nın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
"Parlamentlər tarix yazmaq və mühakimə etmək üçün yer deyil", - bəyanatda vurğulanıb.
XİN-dən bildirilib ki, Latviya parlamentini tarixdən düşmənçilik yaratmağa çalışan bəzi dairələrin gündəminə xidmət etmək əvəzinə, bu səhv addımdan geri dönməyə və bölgədə, xüsusən də türk və erməni xalqları arasında dinc yanaşı yaşamaq praktikasını qurmağa səy göstərməyə dəvət edirik.
Qeyd edək ki, Latviya parlamenti qondarma “erməni soyqırımı” ilə bağlı deklarasiya qəbul edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:59 / 06.05.2021
Türkiyədən Latviyaya ''erməni soyqırımı'' ilə bağlı MESAJ
Hazırda oxunan: Türkiyədən Latviyaya ''erməni soyqırımı'' ilə bağlı MESAJ
Hazırda oxunan: Türkiyədən Latviyaya ''erməni soyqırımı'' ilə bağlı MESAJ
20291
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.