Prezident: "Dedi-qodulara, Avropa Şurasında hansısa bəyanatlara fikir vermədik" - VİDEO

Hazırda oxunan: Prezident: "Dedi-qodulara, Avropa Şurasında hansısa bəyanatlara fikir vermədik" - VİDEO

Prezident İlham Əliyev 2-ci Şuşa Qlobal Media Forumunda dezinformasiyaya qarşı mübarizə haqqında çıxış edib və ölkəmizin xarici siyasətində və iqtisadiyyatında məsələləri vurğulayıb.

202860

“Biz de-fakto və de-yure olaraq müstəqilliyi seçdik - müstəqil xarici siyasət, özünü təmin edən iqtisadiyyat, bizimlə əməkdaşlığa can atan tərəfdaşlarımızla səmərəli əməkdaşlıq. Əlbəttə ki, biz daxili potensialımıza söykənirdik”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada II Qlobal Media Forumu keçirilir, İlham Əliyev Forumda çıxış edir - VİDEO


Dövlətimizin başçısı, həmçinin qeyd edib:

“Eyni zamanda, biz region ölkələri ilə də sıx əlaqələri təmin etdik. Bu, bizə imkan verdi ki, biz iqtisadi problemlərin böyük əksəriyyətini həll edək. Biz öz üzərimizdə çalışdıq, diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik, dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında hansısa bəyanatlara fikir vermədik”.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin