Bu il övladlığa verilmiş uşaqlarla bağlı 342 monitorinq keçirilib

Hazırda oxunan: Bu il övladlığa verilmiş uşaqlarla bağlı 342 monitorinq keçirilib

202805

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığa verilmiş uşaqların ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə 2024-cü il ərzində 342 monitorinq keçirilib.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, övladlığagötürmə ilə bağlı məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra Agentlik tərəfindən uşaq 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə monitorinqlər aparılır.

Monitorinq zamanı ailənin yaşayış şəraiti, övladlığa götürülən uşağın və onu övladlığa götürmüş şəxslərin sağlamlıq vəziyyəti, həmçinin ailədə uşağa qulluq və qayğı vəziyyəti barədə məlumatları əks etdirən hesabat hazırlanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin