Bakıda baş berən qətl hadisəsi ilə bağlı cinayət işi BAŞLANILDI

Hazırda oxunan: Bakıda baş berən qətl hadisəsi ilə bağlı cinayət işi BAŞLANILDI

202788

İyulun 20-də gecə saat 1 radələrində paytaxtın Nizami rayonu ərazisində 1949-cu il təvəllüdlü Tahir Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Nizami rayon prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Zahid İsayevin aralarında yaranmış mübahisə zamanı bıçaqla Tahir Əliyevə xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Zahid İsayev iş üzrə şübhəli şəxs qismində tutulub.

Qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin