Azyaşlı övladını suda boğaraq öldürən türkiyəəsilli şəxsin məhkəməsi BAŞLAYIR

Hazırda oxunan: Azyaşlı övladını suda boğaraq öldürən türkiyəəsilli şəxsin məhkəməsi BAŞLAYIR

202738

Sumqayıtda azyaşlı övladını suda boğaraq öldürməkdə şübhəli bilinən türkiyəəsilli Yeşil Ahmet Turanın məhkəməsi başlayır.

Bizim.Media report-a istinadən xəbər verir ki, istintaqı tamamlanan cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilərək hakim Rəşad Əliyevin icraatına verilib.

Qeyd edək ki, rəsmi məlumatda bu ilin mart ayının 31-də Sumqayıtda dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bildirilib ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməkdə şübhəli bilinib.

Yeşil Ahmet Turan Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin