30-a yaxın şəxsin taksi xidməti ilə bağlı icazəsi ləğv edilib – Nazir müavini 

Hazırda oxunan: 30-a yaxın şəxsin taksi xidməti ilə bağlı icazəsi ləğv edilib – Nazir müavini 

202665

“Son vaxtlar Bakı şəhərində vətəndaşların sifariş etdiyi taksinin ünvana gələrkən sistemdə göstərilən nəqliyyat vasitəsi olmaması, köhnə və yararsız olması halları müşahidə edilir”.

Bizim.Media xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov məlumat verib.

O bildirib ki, bu məsələ ilə bağlı 30-a yaxın fakt müəyyən edilib:

“Həmin şəxslərin taksi xidməti ilə bağlı icazələri ləğv edilib. Vətəndaşlara müraciət edərək bildirmək sitəyirəm ki, belə halla qarşılaşanda həmin taksidən imtina etsinlər və 141 Çağrı Mərkəzinə müraciət etsinlər. Bu məsələ ilə bağlı tərəfimizdən də işlər davam etdirilir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin