"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ailə üzvlərinin adından guya vətəndaşların hansısa investisiya proqramına vəsait qoymağa təşviq edilməsi barədə bir sıra saxta sosial şəbəkə hesablarında paylaşılan materialların saxta (“fake”) məlumat olduğunu bildiririk".
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlamasında bildirilir.
"Azərbaycanın informasiya agentliklərindən birinin veb-saytının tərtibatını imitasiya edərək hazırlanmış saxta “müsahibə” dezinformasiya mahiyyəti daşıyır və ölkəmizin informasiya mühitini çirkləndirməyə yönəlmiş sistemli dezinformasiya hücumlarının tərkib hissəsidir.
Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq. Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir", - açıqlamada deyilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:53 / 19.07.2024
Prezidentin və ailə üzvlərinin adından yayılmış saxta materiallarla bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Prezidentin və ailə üzvlərinin adından yayılmış saxta materiallarla bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Prezidentin və ailə üzvlərinin adından yayılmış saxta materiallarla bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Prezident və ailə üzvlərinin adları ilə yayılmış saxta məlumatlarla bağlı rəsmi açıqlama yayınladı.
202659
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.