Dünyada buğda UCUZLAŞDI – Unun qiymətində DƏYİŞİKLİK olacaq?

Hazırda oxunan: Dünyada buğda UCUZLAŞDI – Unun qiymətində DƏYİŞİKLİK olacaq?

Dünyada buğda ucuza düşdü, Azərbaycanda unun qiyməti artıb. İqtisadçılar unun qiymətindəki dəyişiklikləri şərh edir və ölkədəki maliyyə və iqtisadi problemlərin səbəblərini analiz edir
202655

Azərbaycanda unun qiyməti artıb. Mayda 50 kiloqramlıq un kisəsinin qiyməti 25-26 manat idisə, hazırda bu qiymət 29 manata qədər yüksəlib. 

Unun qiymətinin artımına səbəb nədir?

İqtisadçı ekspert Asif İbrahimov mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bildirib ki, qiymət artımının səbəbi unun əldə olunmasına qədərki proseslərin xərclərinin artmasıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Buğdanın tədarük qiymətində AZALMA – Çörək ucuzlaşacaq?


“2023-2024- cü illərdə əsas buğda istehsalçıları olan Çin, Rusiya, Hindistan kimi ölkələr öz buğda istehsallarını artırıblar və daha çox məhsul əldə etməyə nail olublar. Azərbaycanda unun əldə olunmasında bir çox komponentlər iştirak edir. Yəni xərclər nə qədər çox olarsa, bu, məhsul və xidmətin yekun qiymətinə bir o qədər təsir edir.

Nəzərə alsaq ki, yanacağın qiymətinin bahalaşması, minimum əməkhaqqının 345 manat olması və əmək haqlarının o nisbətdə ödənilməsi, infliyasiya məsələləri kimi faktorlar da var, bütün bunlar yekun məhsulun əldə olunmasında müəyyən xərclərin artmasına gətirib çıxarır. Bu xərclərin artırılması fonunda hökumət tərəfindən subsidiyalar tətbiq olunur.

Taxılın hər hektarına 240 manat miqdarında subsidiya verilir, amma ötən illərlə nisbətdə artıq bu miqdar azlıq təşkil edir. Bu baxımdan da ola bilər ki, bu xərclər unun  qiymətinə belə təsir göstərir”. 

Ekspert hal-hazırda dünyada buğdanın qiymətinin aşağı düşdüyünü bildiriib:

“Buğdanın qiyməti dövri olaraq müəyyən bir müddət üçün dünyada aşağı düşüb. Lakin bu qiymətlər tez-tez dəyişir. Ortalama qiymət çıxartdıqda görərsiz ki, dünyada 1 il ərzində buğdanın qiyməti tez-tez dəyişib, bəzi aylarda yüksək, bəzi aylarda isə aşağı olub",- deyə ekspert qeyd edib. 

Çiçək Sadatova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin