Almaniya sakinləri ABŞ-ın dünya demokratiyasına təsirini mənfi qiymətləndiriblər.
Bizim.Media xəbər verir ki, bunu Spiegel jurnalının yayımladığı sorğunun nəticələri sübut edir.
Araşdırmaya görə, bir çox alman prezident Co Baydenə rəğbət bəsləməsinə baxmayaraq, Vaşinqtonun siyasətini tənqid edir. Xüsusilə, respondentlərin üçdə birindən çoxu (36 faiz) hesab edir ki, ABŞ-ın Alman demokratiyasına təsiri Çin (33 faiz) və ya Rusiyanın (29 faiz) hərəkətlərindən daha çoxdur.
Eyni zamanda, Almaniya sakinlərinin yarısından çoxu (51 faiz) ABŞ-ın dünya demokratiyasına təsirini olduqca mənfi, respondentlərin üçdə biri (32 faiz) müsbət hesab edib.
Demokratiya üçün ən böyük təhdidlər arasında Almaniya sakinləri iqtisadi bərabərsizliyin (49 faiz), böyük texnoloji şirkətlərin təsirinin (46 faiz) və söz azadlığındakı məhdudiyyətlərin (40 faiz) adını çəkiblər.
Demokratiya Alyansının direktoru Jonas Parello-Pleznerin sözlərinə görə, avropalıların ABŞ-a olan inamın azalmasına səbəb Donald Trampın prezidentliyi dövründəki hərəkətləri olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:35 / 06.05.2021
Almaniya sakinləri: ABŞ Rusiyadan daha təhlükəlidir
Hazırda oxunan: Almaniya sakinləri: ABŞ Rusiyadan daha təhlükəlidir
Hazırda oxunan: Almaniya sakinləri: ABŞ Rusiyadan daha təhlükəlidir
20260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.