Qlobal elektrik şəbəkələri anomal istilər səbəbindən sıradan çıxır. Qızmar isti soyutmaya tələbatın artması deməkdir. Bu isə elektrik şəbəkələrinin həddən artıq yüklənməsinə səbəb olur. Belə də yüksək temperatur naqillərin sallanmasına və meşə yanğınları riskinə gətirib çıxarır.
Artan istehlak və qeyri-sabit təchizat nəticəsində iyunun sonunda Monteneqroda elektrikin kəsilməsi qonşu ölkələrdəki şəbəkələri sıradan çıxarıb, ev təsərrüfatlarında, xəstəxanalarda və çimərlik barlarında xaosa səbəb olub. Balkanlarda baş verən hadisə bütün dünyada təkrarlanıb.
ABŞ-ın Hyuston şəhərində milyonlarla ev ötən həftə "Beril" qasırğasından sonra elektrik enerjisinin kəsilməsinə məruz qalıb. Qasırğadan sonra qızmar istilər başlayanda kondisionerlər sönüb.
İyun ayında Meksikanın şimalında yerləşən Çihuahua şəhərində su nasoslarının elektrik enerjisi kəsilib və bu, iki həftə ərzində 70 mindən çox insanın su təchizatının itirilməsinə səbəb olub.
Ümumilikdə, istilik Meksikanın 21 ştatında elektrik enerjisinin kəsilməsinə səbəb olub, hətta Puebladakı "Volkswagen AG” zavodunda istehsal dörd saat dayandırılıb.
Görünən odur ki, qlobal elektrik şəbəkələri anomal istilər səbəbindən sıradan çıxır
Bəs, Azərbaycan elektrik şəbəkələrində baş verməsi ehtimalı istisna edilməyən belə hallara hazırdırmı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AzərEnerji ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev bildirir ki, Azərbaycanın elektrik şəbəkəsi bu çətinliklərə hazırdır:
“Bildiyiniz kimi son zamanlar ölkənin enerji sistemində böyük işlər görülür. Hətta alternativ enerji mənbələrinin yaradılması istiqamətində mühüm addımlar atılır. Enerji istehsalı, örütülməsi və onun idarə edilməsi sahəsində səmərəli işlər görülüb. Ölkənin enerjiyə olan tələbatını təmin etmək və onu ixrac edəcək səviyyədə gücümüz var. Bu istiqamətdə hər hansı bir problem yaşanmır”.
İqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, Azərbaycan ümumən belə problemlərə hazırdır. Amma bütün hallarda həmin problemlərdən sığortalanmamışıq:
“Bu kimi problemlərlə üzləşən bir sıra ölkələr var ki, nəhəng iqtisadiyyata malik ABŞ da onların sırasındadır. Bu mənada Azərbaycanın da belə bir problemlə üzləşə bilməyəcəyini söyləmək yanlış olardı. Nəzərə alaq ki, istismar nəticəsində avadanlıqların köhnəlməsi, yararsız hala düşməsi halları da baş verir. Bir neçə il bundan qabaq Mingəçevirdə baş verən hadisə nəticəsində Azərbaycanın əksər hissəsi işıqsız qalmışdı. Bu da onu göstərir ki, indiki dövrdə də fors-major hadisələr baş verə bilər. Hansısa cihazın sıradan çıxması zəncirvari olaraq digər şəbəkələri də sıradan çıxarar. Bundan sığortalanmamışıq. Bu özünü isti havada, küləkli, yağılı, leysanlı hava şəraitində də göstərə bilər”.
Ekspert qeyd edir ki, Fövqəladı Hallar Nazirliyi, “AzərEnerji”nin aidiyyəti xidmətləri tərəfindən həmin problemlərə qarşı mübarizə üçün müvafiq tədbirlər daimi olaraq görülür:
“Başlıcası isə mütəmadi olaraq bu sahələrin əsaslı təmiri üçün kapital qoyuluşunu təmin edirik. Habelə mövsümü hazırlıqlarla bağlı təftişlər də aparılır. Yəni texniki cəhətdən buna hazırıq. Ümumi şəbəkənin yüngülləşməsi üçün alternativ enerji mənbələrindən istifadəyə keçmişik”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:40 / 18.07.2024
Azərbaycanın qlobal enerji şəbəkəsi anomal istilərə hazırdır? – RƏSMİ MÖVQE
Hazırda oxunan: Azərbaycanın qlobal enerji şəbəkəsi anomal istilərə hazırdır? – RƏSMİ MÖVQE
Hazırda oxunan: Azərbaycanın qlobal enerji şəbəkəsi anomal istilərə hazırdır? – RƏSMİ MÖVQE
Azərbaycanın global enerji şəbəkəsi, qlobal anomallardan sıradan çıxan digər ölkələr kimi hazırdır. Bu məqalədə Azərbaycanın elektrik şəbəkəsinin bu cür hallara hazır olub olmadığı ətraflı şəkildə müzakirə olunur.
202546
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.