Jurnalist Arifə Əliyeva parlament seçkilərinə qatılır

Hazırda oxunan: Jurnalist Arifə Əliyeva parlament seçkilərinə qatılır

202541

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində daha bir jurnalist iştirak edəcək. 

Bizim.Media xəbər verir ki, Reportyor.info saytının baş redaktoru Arifə Əliyeva namizədliyini 49 saylı Abşeron ikinci seçki dairəsindən verəcək. 

Bu barədə A.Əliyeva özü məlumat verib: 

“Ümid Partiyasının siyahısından seçkilərə qatılmışam. Artıq müvafiq prosedurların həyata keçirilməsinə başlanıb, sənədlər toplanır, yaxın günlərdə imzatoplama kampaniyasına başlanacaq”. 

A.Əliyeva birinci təhsilini Azərbaycan Dillər Universitetində filologiya üzrə alıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində Dövlət və bələdiyyə idarəetməsi fakültəsində ikinci təhsilini alır. 

Qeyd edək ki, 49 saylı Abşeron ikinci seçki dairəsində YAP-ın namizədi Faiq Xuduyevdir. 

(Mənbə afn.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin