Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxt ərazisində keçirdikləri növbəti əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Rəşad Ramazanov və narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Molla Quliyev tutulublar.
Onlardan ümumilikdə 26 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və narkotiklərin dövriyyəsində istifadə edilən bank kartları aşkarlanıb.
R.Ramazanov və M.Quliyev şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə birgə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotiklərin gətirilməsini və qazanc müqabilində paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:24 / 17.07.2024
DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO
Hazırda oxunan: DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO
Hazırda oxunan: DİN Bakıda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO
Daxili İşlər Nazirliyi Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şübhəli şəxsləri saxlamışdır. Rəşad Ramazanov və Molla Quliyev tutulub, marixuana və psixotrop maddələrlə zənginləşdirilmiş narkotiklər əldə edilib. İran vətəndaşları ilə narkotik qaçaqmalçılığı planlaşdırıb, cinayət işləri başlanılıb.
202438
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.