ƏDV-nin qaytarılması üçün portalda 3 milyona yaxın istifadəçi qeydə ALINIB 

Hazırda oxunan: ƏDV-nin qaytarılması üçün portalda 3 milyona yaxın istifadəçi qeydə ALINIB 

202425

Bugünədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial.az portalında 3 milyona yaxın istifadəçi qeydə alınıb. 

Dövlət Vergi Xidmətindən Bizim.Media-ya bildirilib ki, layihənin tətbiq edildiyi vaxtdan bu il iyulun 1-dək pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də səhiyyə müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 603,7 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb. 

Cari ilin yanvar-iyun ayları ərzində isə ümumilikdə 253 milyon 405 min 778 kassa çeki üzrə 88 milyon manat ƏDV məbləği geri qaytarılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin