Qəbələ xəstəxanasında növbəyə görə mübahisə düşdü – VİDEO  

Hazırda oxunan: Qəbələ xəstəxanasında növbəyə görə mübahisə düşdü – VİDEO  

202401

Qəbələ rayonunda xəstəxanaya gedən vətəndaşlar arasında növbəyə görə mübahisə düşüb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb. 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindəb (TƏBİB) oxu.az-a bildirilib ki, belə bir halın yaranmasına səbəb vətəndaşın növbəsiz həkim qəbuluna keçməyə cəhd etməsi olub. 

"15.07.2024-cü il tarixində qeydiyyat şöbəsində elektron növbə qəbzi ilə bağlı sıxlıq müşahidə olunduğundan vətəndaş növbəsiz keçməyə cəhd edib. Bu səbəbdən digər vətəndaşlar tərəfindən narazılıq yaranıb. 

Nəzərinizə çatdırırıq ki, icbari tibbi sığortanın tətbiqindən sonra vətəndaşların dövlət tibb müəssisələrinə müraciətlərində artım müşahidə olunur ki, bu da vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsini göstərir. Əgər 2022-ci il ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanmışdısa, 2023-cü il üzrə bu rəqəm 52%-ə qədər artıb. 

Qeyd edək ki, vətəndaşlarımız yaşadığı və ya qeydiyyatda olduğu ərazidən asılı olmayaraq, ixtisaslaşdırılmış ambulator yardım üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi olmadan birbaşa müraciət edə bilir. Bu, bəzən uzun növbələrin yaranmasına səbəb olur",- deyə məlumatda bildirilir. 

TƏBİB-in açıqlamasında o da qeyd olunur ki, növbə sıxlığının qarşısının alınması üçün ötən ilin sonundan randevu sistemi işə başlayıb: 

"Bəzi regional tibb müəssislərində bu sistem işləyir. Daxili infrastrukturu onlayn platformaya cavab verən, digər dövlət tibb müəssisələrində də randevu sisteminin mərhələli şəkildə işə başladılması həyata keçiriləcək". 
Xatırladaq ki, randevu sisteminin işlədiyi tibb müəssisələri arasında Qəbələ Rayon Mərkəzi Xəstəxanasının adı yoxdur. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin