“ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. Bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial.az portalında 3 milyona yaxın istifadəçi qeydə alınıb.
Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, layihənin tətbiq edildiyi vaxtdan 2024-cü il iyulun 1-dək pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də səhiyyə müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 603,7 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
2024-cü ilin yanvar-iyun ayları ərzində isə ümumilikdə 253.405.778 kassa çeki üzrə 88 milyon manat ƏDV məbləği geri qaytarılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:26 / 17.07.2024
İstehlakçılara geri qaytarılan ƏDV-nin MƏBLƏĞİ
Hazırda oxunan: İstehlakçılara geri qaytarılan ƏDV-nin MƏBLƏĞİ
Hazırda oxunan: İstehlakçılara geri qaytarılan ƏDV-nin MƏBLƏĞİ
İstehlakçılara geri qaytarılan ƏDV-nin məbləği ƏDV geri al layihəsi çərçivəsində pərakəndə ticarət, iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib. 2024-cü ilin yanvar-iyun ayları ərzində isə ümumilikdə 253.405.778 kassa çeki üzrə 88 milyon manat ƏDV məbləği geri qaytarılıb.
202390
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.